Suaresdən uğursuz statistika
"Atletiko"nun futbolçusu Luis Suares antirkeord müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, uruqvaylı hücumçu artıq ardıcıl 7 oyundur ki, qol vura bilmir. Onun sonuncu uğursuzluğu ötən gecə La Liqanın 18-ci turunda "Sevilya" ilə matçda (1:2) olub. 34 yaşlı forvard bu dəfə də meydanı qolsuz tərk edib. O, görüşün 57-ci dəqiqəsində əvəzlənib.
Suaresin 2014-cü ildən oynadığı La Liqada belə uğursuz statistikası olmamışdı.
Qeyd edək ki, Luis Suares 2014-2020-ci illərdə "Barselona"da da oynayıb.