"Sumqayıt" "Səbail"ə qalib gəlib
Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunda "Sumqayıt" "Səbail"ə qalib gəlib.
Sportline.az xəbər verir ki, “ASCO Arena”da keçirilən qarşılaşmada qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.
Meydan sahiblərinin heyətində Suleyman Alluş (21) fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin qollarını isə Sərdar Taşkın (28), Giorgi Karaişvili (p.-59), Ronaldo Vaskes (79) və Roy Kehat (90+1) vurublar.
22 xalla sonuncu - onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Sumqayıt" 33 xalla səkkizincidir.