"Sumqayıt"ın futbolçusu milliyə dəvət alıb
"Sumqayıt"ın yarımmüdafiəçisi Ronaldo Vaskes Dominikan Respublikası millisinə dəvət alıb.
Sportline.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dominikan Respublikası dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-si və 11-də müvafiq olaraq Qvatemala və Dominika ilə qarşılaşacaq.
Marselo Nevelefin yetirmələri daha sonra Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən "CONCACAF Gold Cup" turnirində iştirak edəcək. A qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.