Suriya millisi üçün Pan-Ərəb Oyunlarına adları dəyişdirilmiş 5 rusiyalı idmançı bəlli olub

Adları dəyişdirilmiş rusiyalı idmançılar Suriya milli komandasının üzvləri kimi Pan-Ərəb Oyunlarına daxil olublar.

Sportline.az xəbər verir ki, turnirin iştirakçıları arasında badmintonçu Daria Djedjula ( Daşa Dhedhula adı ilə qeyd olunub), velosipedçilər Tatyana və Daria Malkov (Tatia Malko və  Darie Malko), yüngül atletika idmançısı Karina Poludkina (Karina Polud kimi qeyd olunub) və üzgüçü Anastasiya Sorokina (Enas Sorkine) da var. 

Yarışın veb-saytındakı profillərdə iki idmançının doğum tarixləri dəyişdirilib.

Pan-Ərəb Oyunları Əlcəzairdə keçirilir. 

Banner