Sven Botman “Nyukasl”ı PSJ-yə dəyişmir
“Nyukasl Yunayted”in niderlandlı futbolçusu Sven Botman klubdan ayrılmaq istəmir.
Sportline.az “The Sun Football” nəşrinə istinadən xəbər verir ki, Botman “Paris Sen-Jermen”in təklifini rədd edib.
Oyuçu “Nyukasl Yunayted”lə yeni müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, Botman bu mövsüm 9 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.