Tanınmış azərbaycanlı futbolçu dünyasını dəyişib
Azərbaycan millisinin sabiq müdafiəçisi Şəhriyar Rəhimov vəfat edib.
Sportline.az xəbər verir ki, keçmiş futbolçu 34 yaşında dünyasını dəyişib.
Üç ildir xərçəng xəstəliyindən əziyyət çəkən Rəhimov müalicə aldığı üçün yollandığı Türkiyədə vəfat edib.
Qeyd edək ki, Şəhriyar Rəhimov futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarında çıxış edib. Ötən ilin əvvəlində karyerasını başa vuran sabiq cinah oyunçusu 2018-2019-cu illərdə Azərbaycan yığmasının heyətində 9 oyun keçirib.