Tayler Diblinq Avropa nəhənglərinin transfer hədəfinə çevrilib
"Sounthempton"un ingiltərəli futbolçusu Tayler Diblinq Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Liverpul", "Mançester Yunayted", "Çelsi" və "Nyukasl Yunayted" Diblinqi transfer etmək istəyən klubların siyahısıda yer alır.
19 yaşlı sağ cinah vingerinin "Sounthempton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Diblinq ötən mövsüm meydana çıxdığı 38 matçda 4 qol 3 məhsuldar ötürmə müəllifi olub.