Təcrübəli futbolçu İstanbul derbisini buraxacaq

“Fənərbağça”nın yarımmüdafiəçisi Əmrə Belözoğlu zədələnib.

Sportline.az xəbər verir ki, o, “Ankaragücü” ilə dünənki superliqa matçında (2:1) sıradan çıxıb. Klub yaydığı açıqlamada futbolçunun əzələsində yırtıq aşkarlandığını qeyd edib.

Əmrənin fevralın 23-də keçiriləcək “Fənərbağça” – “Qalatasaray” derbisini buraxacağı bildirilir.