Temmi Abraham İstanbul nəhənginə keçə bilər

"Milan"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Temmi Abraham karyerasını Türkiyədə davam etdirə bilər.

Sportline.az "HT Spor" kanalına istinadən xəbər verir ki, "Beşiktaş" Abrahamı transfer etmək üçün hərəkətə keçib.

27 yaşlı forvardın hazırkı dəyəri "Transfermarkt" portalına görə, 15 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Abraham müqavilə əsasında İtaliyanın "Roma" klubuna məxsusdur.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 10 qol 7 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Abraham karyerası ərzində daha əvvəl "Çelsi", "Bristol Siti", "Suonsi Siti" və "Aston Villa" kimi klublarda çıxış edib.