Teo Hernandez “Milan”dan ayrılacaq

"Milan" "Əl-Hilal"ın Teo Ernandes üçün göndərdiyi 30+5 milyon avroluq təklifini qəbul edib.

Sportline.az xəbər verir ki, bu barədə Fabritsio Romano sosial şəbəkə hesablarında paylaşım edib.

Belə ki, futbolçu ilə ikiillik müqavilə imzalanacaq.

Teo Ernandes "Əl-Hilal" klubunda çıxış üçün illik 25 milyon avro qonorar əldə edəcək.