Ter Ştegenin qayıdacağı vaxt bilindi

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen zədəsini sağaltmaq üzrədir.

Sportline.az xəbər verir ki, almaniyalı qolkiper yaşıl meydana dönəcəyi vaxtla bağlı açıqlama verib.

O, belindəki cərrahiyə əməliyyatından sonra özünü yaxşı hiss etdiyini bildirib.

"Ola bilsin ki, iki həftədən sonra sıraya qayıdım", - deyə o, "Sport.es"in sualını cavablandırıb.

Qeyd edək ki, təcrübəli futbolçu ötən ilin dekabr ayında əməliyyat olunmuşdu.