TFF-də yeni prezident

Türkiyə Futbol Federasiyasına (TFF) yeni prezident seçilib.

Sportline.az "Anadolu"ya istinadən xəbər verir ki, qurumun yeni rəhbəri Nihat Özdemir olub.

O, TFF prezidenti vəzifəsinə seçkilərə yeganə namizəd kimi qatılıb və 179 səsin hamısını toplayıb. 

N. Özdemir bu postda Yıldırım Demiröreni əvəzləyib.