Tiaqo Alkantara "Barselona"nın məşqçilər korpusunu tərk edib
Keçmiş futbolçu Tiaqo Alkantara daha "Barselona"nın məşqçilər korpusunda işləməyəcək.
Sportline.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Tiaqnonun yerinə köməkçi məşqçi vəzifəsinə "Barselona"nın gənclər komandasının çalışdırıcısı Arnau Blanko təyin olunub.
Xatırladaq ki, Tiaqo iyulda karyerasını bitirdikdən sonra Flikin köməkçisi olmuşdu. Klubun mətbuat xidmətindən bildirilmişdi ki, gənc mütəxəssis təcrübə qazanacaq və komanda ilə ABŞ-da keçiriləcək turnirə yollanacaq.