Tokio-2020: Rafiq Hüseynov bürünc medal üçün erməniyə rəqib ola bilər
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşlərə qatılacaq.
Sportline.az xəbər verir ki, buna idmançının 1/4 finalda uduzduğu qırğızıstanlı Akjol Mahmudovun yarımfinal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələrək, finala vəsiqə qazanması səbəb olub.
Hüseynov təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Avropa çempionu qələbə qazanacağı təqdirdə, bürünc medal qarşılaşmasında Karapet Çalyana rəqib olacaq.
Təsəlliverici görüşlər avqustun 3-də keçiriləcək.