Tokio-2020: Beş yunan-Roma güləşçimiz lisenziya mübarizəsinə başlayır
Bu gün Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.
Sportline.az xəbər verir ki, Azərbaycanın 5 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayacaq.
Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq) təsnifat, Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 final mərhələsindən yarışa başlayacaq.
Dünya Təsnifat Turniri
7 may
Yunan-Roma güləşi
60 kq
Təsnifat: Murad Məmmədov - Stiq Andre Berqe (Norveç)
67 kq
Təsnifat: Rəsul Çunayev - Donior İslamov (Moldova)
77 kq
Təsnifat: Rafiq Hüseynov - Hyenvu Kim (Koreya)
97 kq
1/8 final: Murad Lokyayev - Nikolos Kakelaşvili (İtaliya)
130 kq
1/8 final: Beka Kandelaki - Oskar Marvik (Norveç)
Güləşin bu növündə İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya Təsnifat turnirində lisenziya qazanıb.
Bu gün həmçinin sərbəst güləşçilərdən Georgi Edişeraşvili (57 kq) və Abubakr Abakarov (86 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
Sərbəst güləş
57 kq
Bürünc medal görüşü: Georgi Edişeraşvili - Taras Markoviç (Ukrayna) / Givi Davidovi (İtaliya)
86 kq
Bürünc medal görüşü: Abubakr Abakarov
Qeyd edək ki, ilk yarış günündə 3 sərbəst güləşçi lisenziya qazana bilməyib. Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.