Tokio 2020: Güləşçilərimizin biri uduzdu, biri mərhələ adladı

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Sportline.az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xalı qazandığı üçün 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudova (Qırğızıstan) görüşəcək.

Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib.

Manolova rəqibinə 13:2 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.