Tonali Mançester klubuna keçməyəcək
"Mançester Yunayted" Sandro Tonali transferindən imtina edib.
Sportline.az xəbər verir ki, buna səbəb "Nyukasl"ın italiyalı futbolçu üçün 100 milyon avro tələb etməsi olub.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, S.Tonalinin "Nyukasl"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.