Toni Kroos "Real"da qalır
Toni Kroos karyerasını "Real"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, almaniyalı futbolçu Madrid klubu ilə müqavilənin müddətini uzadacaq.
Bu haqda jurnalist Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.
Onun hazırkı müqaviləsi bu ilin yayında başa çatacaq.
Yeni anlaşmanın 2025-ci ilədək nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, 2014-cü ildən "Real"ın şərəfini qoruyan Kroos 452 oyunda 28 qol, 96 asist müəllifidir.