Toral "Vilyarreal"la müqavilə imzaladı
İspaniyanın "Vilyarreal" klubu yeni baş məşqçisini açıqlayıb.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, bu, Marselino Qarsiya Toraldır.
58 yaşlı mütəxəssislə 2 illik anlaşma imzalanıb.
Qeyd edək ki, Marselino "Vilyarreal" klubunu 2013-2016-cı illərdə də çalışdırıb. Mütəxəssis son olaraq "Marsel"də işləyib.