"Tottenhem" ingiltərəli futbolçu üçün hərəkət keçib

"Tottenhem" "Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşfordu heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

27 yaşlı futbolçu hazırda "Aston Villa"da icarə əsasında çıxış edir.

"Tottenhem" Reşford üçün "Mançester Yunayted"ə 40 milyon avroluq təklif hazırlayır.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 9 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"dən ayrılmaq fikrində qətidir.