"Tottenhem" "Liverpul"a 60 milyon avro ödəməyə hazırdır
"Tottenhem" "Liverpul"un futbolçusu Kodi Qakponu heyətinə qatmağa çalışır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.
"Mahmızlar" bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, K.Qakpo ötən mövsüm meydana çıxdığı 52 matçda 9 qol, 6 asistlə yadda qalıb.