“Tottenhem” “Liverpul”un futbolçusunu transfer etməyə hazırlaşır

İngiltərənin “Tottenhem” klubu “Liverpul”un və Niderland millisinin cinah hücumçusu Kodi Qakpo ilə maraqlanır.

Sportline.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Roberto De Zerbi 27 yaşlı futbolçunun transferində israrlıdır.

Bu barədə insayder Nikola Şıkira öz sosial media hesabında məlumat verib.

O bildirib ki, “Tottenhem” artıq “Liverpul”la ilkin danışıqlara başlayıb və yaxın vaxtlarda rəsmi təklif göndərməyə hazırlaşır. 

“Tottenhem" Qakpoya 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.

Bundan əlavə, niderlandlı futbolçuya De Zerbinin layihəsində əsas rollardan birinin veriləcəyi vəd olunub. 

Hazırda transferin maliyyə detalları açıqlanmasa da, tərəflər arasında danışıqların davam etdiyi qeyd edilir. “Liverpul”un futbolçunu satmağa razı olub-olmayacağı isə yaxın həftələrdə bəlli olacaq. 

Qeyd edək ki, Kodi Qakpo “Mersisayd”lıların heyətində ötən mövsüm çıxdığı 52 matça 9 qol, 6 asistlə yadda qalıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına kimi qüvvədədir.

Banner