"Tottenhem"dən "Beşiktaş"a

“Beşiktaş” “Tottenhem”in oyunçusu Corc-Kevin N’kudunu transfer edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qara qartal” fransalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 24 yaşlı vinger bundan əvvəl “Nants” “Marsel” “Tottenhem” “Monako” “Börnli” kimi klubların şərəfini qoruyub.