"Tottenhem"i danimarkalı mütəxəsis çalışdıracaq
Tomas Frank "Tottenhem"in yeni baş məşqçisi olub.
Sportline.az xəbər verir ki, London təmsilçisi danimarkalı mütəxəssis Tomas Frankın baş məşqçi postuna gətirildiyini rəsmi şəkildə açıqlayıb. Onunla 2028-ci ilə qədər müqavilə imzalanıb.
Mediada yayılan xəbərlərə əsasən, "Tottenhem" Frankın transferi üçün "Brentford"a 10 milyon funt-sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, ötən mövsüm "Tottenhem"i Avropa Liqasının qalibi edən Ange Postekoqlu klubdan ayrılmışdı.