"Tottenhem"in gözü "Zalsburq"un futbolçusuna düşüb

"Tottenhem"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, London klubu "Salzburq"un afrikalı futbolçusu Dorqeles Neneni heyətinə qatmaq niyyətindədir.

22 yaşlı sol cinah vingerinin transfer qiyməti 20 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Dorqeles Nenenin "Salzburq"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.