"Tottenhem"in Son qərarı
"Tottenhem" cənubi koreyalı futbolçusu Hın min-Sonla bağlı qərar verib.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi 32 yaşlı futbolçunu satmayacaqlarını açıqlayıb.
Hın min-Sonun "Tottenhem"lə müqaviləsi gələn ilin yayında başa çatacaq.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 46 matçda 11 qol 12 məhsuldar ötürmə müəllifi olub.