"Trabzonspor" da "Ümraniyəspor"la bacarmadı

Türkiyə Kubokunda 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

1/8 finalda "Fənərbağça"nı mübarizədən kənarlaşdıran "Ümraniyəspor", bu dəfə "Trabzonspor"la görüşdə inamlı təsir bağışlayıb. Səfərdə keçirilən qarşılaşmada qapısını toxunulmaz saxlayan aşağı liqa təmsilçisi cavab matçı üçün üstünlük qazanıb.

Qeyd edək ki, 1/4 finalın digər oyunları çərçivəsində bu qarşılaşmalar təşkil olunacaq.

Türkiyə Kuboku
1/4 final

05 fevral 2019

"Trabzonspor" - "Ümraniyəspor" - 0:0

06 fevral 2019

"Yeni Malatyaspor" - "Göztəpə"

"Qalatasaray" - "Hatayspor"

07 fevral 2019

"Akhisar" - "Kasımpaşa"