"Trabzonspor" darmadağınla mərhələ adladı
Türkiyə Kubokunun 1/16 final mərhələsində mübarizə davam edir. SportLine.az xəbər verir ki, azarkeşlər növbəti oyun günü daha 6 matça şahidlik ediblər.
Ən böyük hesablı qələbəyə "Trabzonspor" futbolçuları nail olublar. Qara dəniz təmsilçisi 5 cavabsız qolla mərhələ adlayıb.
19 dekabr 2018
Türkiyə Kuboku
1/16 final
“Van BB” – “Boluspor” – 2:2
“Etimesqut” – “Yeni Malatyaspor” – 0:2
“Kahramanmaraşspor” – “Alanyaspor” - 2:1
“Kasımpasa” – “Menemen Belediyespor” – 4:1
“Kayserispor” - “Altay” – 4:1
“Trabzonspor” – “Sivas Belediyəspor” – 5:0