"Trabzonspor" qabonlu futbolçu ilə danışıqlara başlayıb
"Trabzonspor"un yeni transfer hədəfi bəlli olub.
Sportline.az "61 saat" qəzetinə istinadən xəbər verir ki, "Los Anceles"in qabonlu futbolçusu Denis Bouanqa "Trabzonspor"un transfer siyahısında yer alıb.
Türkiyə klubunun rəhbərliyi oyunuçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Denisin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 8 milyon avro olaraq qiymətləndirilir.
O, bu mövsüm meydana çıxdığı 19 matçda 10 qol 3 məhsuldar ötürmə müəllifi olub.