"Trabzonspor" - "Qalatasaray": Düşərgələrdəki son durum
Bu gün Türkiyə kuboku turnirinin qalibi müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, finalda "Trabzonspor"la "Qalatasaray" münasibətləri aydınlaşdıracaq.
Qrup mərhələsindən sonra ¼ finalda əzəli rəqibi “Fənərbağça”nı, yarımfinalda “Konyaspor”u məğlub edən “Qalatasaray” sayca 19-cu kubokunu başı üzərinə qaldırmaq niyyətindədir. İlkin mərhələni inamla adlayan “Qara dənizlilər” də təbii ki, ¼ finalda “Bodrumspor”u, yarımfinalda isə “Göztəpə”ni sıradan çıxarmaqla kifayətlənmək fikrində deyillər. Hər iki komanda həlledici görüşdən qələbə ilə ayrılmağı hədəfləyib.
“Sarı-qırmızılar”da əsas itki Mauro İkardi və Elyas Yelertin adı ilə bağlıdır. “Trabzonspor”un heyətində itkilərin sayı kifayət qədərdir. Denis Draquş, Enis Destan, Hüseyn Türkmen, Onuralp Çevikkan, Setafan Saviç və Tim Yabol-Folkarelli baş məşqçi Fatih Tekkenin sərəncamında olmayacaq.
Oyunun ədalət təmsilçisi Cihan Aydındır. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.