"Trabzonspor"-"Ruzomberok" oyununun hakimi bəlli olub
"Trabzonspor"un UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Ruzomberok"la qarşılaşacağı oyunun hakimi açıqlanıb.
Sportline.az A Spora-a istinadla xəbər verir ki, matçı almaniyalı hakim Bastian Dankert idarə edəcək.
Tərəflər arasında ilk görüş iyulun 25-də Slovakiyada keçiriləcək. Cavab oyunu avqustun 1-də Trabzonda olacaq.
Qeyd edək ki, "Ruzomberok" 1-ci təsnifat mərhələsində Qazaxıstan təmsilçisi "Tobol"u iki oyunun nəticəsinə görə 5-3 hesabı ilə məğlub edib.