"Trabzonspor"da ayrılıq

"Trabzonspor" qapıçısı Onur Kıvrakla yolları ayırıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu ilə 2020-ci ilin yayınadək olan müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Klub adından futbolçuya təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb. 

Qeyd edək ki, O.Kıvrak 2016-cı ildən "Trabzonspor"da çıxış edirdi.