"Trabzonspor"da yeni müqavilə

"Trabzonspor" mövsümün sonunda müqaviləsi başa çatacaq Xose Sosanın sözləşməsini uzadacaq.

Sportline.az xəbər verir ki, "Bordo-mavilər" 34 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayacaq. Argentinalı oyunçunun bu müddətdə qazancı bonuslarla birgə 2 milyon avro olacaq.

Sosa 2017-ci ildə "Milan"dan "Trabzonspor"a keçib. Təcrübəli futbolçu Super Liqada 24 oyun keçirib və 6 qol, 6 assistlə yadda qalıb.