"Trabzonspor"un yeni hədəfi

"Trabzonspor"un yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, "İpsviç"in konqolu futbolçusu Aksel Tuanzebe "Trabzonspor"un transfer siyahısında yer alıb.

Türkiyə klubu futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Tuanzebenin dəyəri "Transfermarkt" portalına görə, 5 milyon avro olaraq qiymətləndirilir.