“Turan Tovuz” 9 futbolçu ilə yolları ayırıb
"Turan Tovuz" klubu 9 futbolçusu ilə yolları ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub müqavilə müddətləri başa çatan İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə vidalaşıb.