Türk futbolçu "Barselona"dan ayrıldı

"Barselona" türk futbolçusu Yusuf Demirlə vidalaşıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türk əsilli avstriyalı yarımmüdafiəçi ilə icarə müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. 19 yaşlı oyunçu Avstriyanın Vyananın "Rapid" komandasına qayıdıb.

İddiaya görə, Kataloniya təmsilçisinin istedadlı futbolçu ilə vidalaşmasına maliyyə çətinliyi səbəb olub. Demir "Barselona"da 10 rəsmi matça çıxacağı halda, klub 10 milyon avro təzminat ödəyib onu heyətinə qatmalı idi. Bu üzdən La Liqa klubu 9 rəsmi oyun keçirmiş yarımmüdafiəçini göndərməyə qərar verib.

Qeyd edək ki, Yusuf Demir İspaniya çempionatında 3, UEFA Çempionlar Liqasında isə 6 qarşılaşmada forma geyinib.