Türkiyə çempionu - "Qalatasaray"

Türkiyə çempionatının 2018/2019-cu illər mövsümünün qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, “Qalatasaray”ın qonağı olan “Başakşəhər” oyuna daha fəal başlayıb. 17-ci dəqiqədə hesab açılıb. Riad Bayiç meydan sahiblərini məyus edib.

Fasiləyə minimal hesablı qələbəylə yollanan Abdullah Avcının komandası 2-ci hissədə üstünlüyü qoruya bilməyib. 47-ci dəqiqədə Sofiyan Fequli tarazlığı bərpa edib: 1-1. “Qalatasaray” qalan vaxt ərzində 3 dəfə rəqib qapısına yol tapsa da, VAR sisteminin tətbiqindən sonra 2 qol qeydə alınmayıb.

Hücumlarını daha da gücləndirən Fatih Terimin komandası 64-cü dəqiqədə hesabda önə keçib. Henri Onyekuru fərqlənib. 2-1 hesabı ilə qələbə qazanan “Qalatasaray” ən yaxın rəqibi “Başakşəhər” üçün əlçatmaz olub.Əlavə edək ki, bu, “Qalatasaray”ın 22-ci ölkə çempionluğudur.