Türkiyə futbolunda növbəti istefa

"Antalyaspor" klubu baş məşqçisi Stepan Tomasla vidalaşıb.

Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, xorvat mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, S. Tomas noyabrın 15-dən Türkiyə Superliqa təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 3 heç-heçə edib, 3 məğlubiyyət acısı yaşayıb.

Xatırladaq ki, "Antalyaspor" ölkə çempionatının turnir cədvəlində 14 xalla 16-cı pillədə qərarlaşıb.