Türkiyə klubu Avrokuboka sahib oldu

Almaniyanın Köln şəhərində basketbol üzrə Avro Liqanın "Final dördlüyü"nün həlledici görüşü keçirilib.

Sportline.az xəbər verir ki, finalda "Barselona" və "Anadolu Efes" komandaları qarşılaşıb. İspaniya komandası oyuna fəal başlayaraq birinci hissəni 7 xal üstünlüyü ilə bitirb - 22:15. Amma ikinci hissədə İstanbul təmsilçisi təşəbbüsü ələ alıb və 39:36 hesabı ilə irəli çıxıb.

Fasilədən sonra Ergin Atamanın yetirmələri üstünlüyü artırmağı davam etdiriblər. Üçüncü yarı "Efes"in 65:58 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun son hissəsində "Barselona" oyunda dönüş yaratmağa çalışıb, amma "Anadolu Efes" 86:81 hesab ilə qələbə qazanaraq, Avro Liqa çempionu olub.

Qeyd edək ki, bu, "Anadolu Efes"in turnirdə ilk qələbəsidir.