Türkiyə klubu baş məşqçisiz qaldı

Türkiyə Superliqası təmsilçisi "Kayserispor" baş məşqçisi Hikmət Karamanla yollarını ayırıb.

Sportline.az "Fanatik"ə istinadən xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub. Mövsümün əvvəlindən komandanı çalışdıran 59 yaşlı mütəxəsisin istefa ərizəsi rəhbərlik tərəfindən qəbul edilib.

Qeyd edək ki, H. Karamanın rəhbərliyi altında "Kayserispor" Superliqanın ilk 6 turunda cəmi 3 xal toplayaraq, 17-ci pillədə qərarlaşıb.