Türkiyə klubu cəzalandırıldı

FIFA “Əskişəhərspor” klubunu cəzalandırıb.

Sportline.az xəbər verir ki, bu barədə I liqa təmsilçisinin prezidenti Mustafa Topkaya yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, “Əksişəhərspor”a keçmiş futbolçusu Sebastian Pintoya olan borcunu ödəmədiyi üçün 6 xal silinmə cəzası verilib.

Beləliklə, Əskişəhər klubu yeni mövsümdə I liqada mübarizəyə 6 xal geridə başlayacaq.