Türkiyə klubuna ağır cəza

Türkiyənin "Əskişəhərspor" klubuna ağır cəza verilib.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, keçmiş futbolçusu Rud Boffinə olan borcunu ödəyə bilmədiyi üçün birinci liqa təmsilçisinin hesabından 6 xal silinib.

Həmçinin komandaya transfer qadağası qoyulub. Əskişəhəri təmsil edən kollektiv qarşıdakı 2 "transfer pəncərəsi" dövründə heyətinə yeni oyunçular cəlb edə bilməyəcək.

Məlumatda bildirilib ki, belçikalı qapıçıya borc qarşılığında 75000 avro dəyərində ev və 24 ay müddətinə hissə-hissə ödəmək şərtilə 100000 avro təklif olunsa da, 33 yaşlı qolkiper bundan imtina edib.

Qeyd edək ki, Rud Boffin 2012-2017 mövsümündə "Əskişəhərspor"un formasını geyinib.