Türkiyə klubunda baş məşqçi istefası

Türkiyə Superliqasında mübarizə aparan "Bursaspor" baş məşqçisi ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, ötən gün "Alanyaspor"a minimal hesabla məğlub olan Bursa təmsilçisi baş məşqçi Səməd Aybaba ilə vidalaşıb. Buna səbəb kimi komandanın bərbad çıxışı göstərilib.

Qeyd edək ki, "Bursaspor" 27 turdan sonra autsayderlər qrupunda qərarlaşıb.