Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə Super Liqasında çıxış edən "Alanyaspor" futbol komandasında baş məşqçi təyinatı olub.

Sportline.az xəbər verir ki, bu vəzifəyə Erol Bulut gətirilib. Onunla prinsipial anlaşma əldə olunub. Rəsmi müqavilə gələn həftə imzalanacaq. 44 yaşlı mütəxəssis Sergey Yalçını əvəzləyib.

Qeyd edək ki, ötən mövsüm "Alanyaspor" 9-cu yeri tutub, Erol Bulut isə "Yeni Malatyaspor"a rəhbərlik edib. Bulut aprelin 26-da "Qalatasaray"a 2:5 hesablı məğlub olduqları Türkiyə Kubokunun yarımfinal oyunundan sonra istefa verib.