Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə Superliqa təmsilçisi "Dənizlispor"un yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu vəzifəyə Mehmet Özdilek təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Dənizlispor" 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Klub rəhbərliyi bir neçə gün əvvəl baş məşqçi Yücel İldizi istefaya göndərib.