Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə Superliqa təmsilçisi "Antalyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Bülənt Qorxmazın istefa verməsindən sonra boş qalmış bu vəzifəyə Styepan Tomas təyin olunub. Onunla 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Antalyaspor" 11 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.