Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi məlum olub.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisini Tayfur Havutçu çalışdıracaq.

Klub 49 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.
 
Tayfur, son olaraq Türkiyə millisində Mirça Luçesku və Şenol Günəşin köməkçisi kimi çalışıb.
 
Qeyd edək ki,  13 oyuna 12 xal toplayan "Kasımpaşa", 18 komanda arasında 15-ci yerdə qərarlaşıb.