Türkiyə klubundan sponsor tapmaq üçün maraqlı addım

Türkiyənin II divizionunda mübarizə aparan “Sakaryaspor” “Ergene Vəlimeşəspor”la matça üzərində “kirayə” yazılmış forma ilə çıxıb.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “yaşıl-qaralı”lar formanın ön hissəsinə sponsor tapa bilmədiyi üçün bu addıma əl atıb.

Klub rəhbərliyi bununla diqqət çəkmək və sponsor tapılmasını tezləşdirmək istəyib.