Türkiyə klubunun yeni baş məşqçisi istefa verdi

Türkiyə Super Liqasında çıxış edən "Kayserispor" komandasının baş məşqçisi Samet Aybaba istefa verib.

Sportline.az sozcu.com saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis 17 gün ərzində bütün səylərinin nəticəsiz qalması səbəbindən bu addımı atdığını bildirib. 

"Futbolçuların hər şeyə biganəliyini və onlarda heç bir müsbət irəliləyişin olmadığını aşkarladım. Mənim və digər məşqçilərin klubdan hər hansı tələbi yoxdur".

Qeyd edək ki, Samet Aybaba "Kayserispor"la 1.5 illik müqavilə imzalamışdı.