Türkiyə Kuboku: Daha bir yarımfinalçı bəlli oldu

Türkiyə Kubokunda 1/4 final mərhləsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha bir görüş keçirilib. 

"Kasımpaşa"nın qonağı olan "Akhisar" 2:1 hesablı qələbə ilə azarkeşlərini sevindirib.

"Kasımpaşa" - "Akhisar" - 1:2
İlk oyun:
1:3

Beləliklə, 1/4 finalın nəticələrinə görə, "Qalatasaray", "Akhisar", "Ümraniyespor" və "Yeni Malatyaspor" adını növbəti mərhələyə yazdırıb.